"Fənərbağça" "Kalyari"nin futbolçusu Juan Pedro ilə razılıq əldə edib.

 Offsideplus.az xəbər verir İstanbul təmsilçisi braziliya əsilli italiyalı hücumçunun transferi üçün qarşı tərəfə 6,5 milyon avro və əlavə olaraq bonuslar ödəyəcək. Bu barədə "Sky İtalia" məlumat yayıb.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2014-cü ildən "Kalyari"də çıxış edir.