Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirəcək.

Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi Super Liqanın son çempionu "Trabzonspor"un əsas futbolçularından biri olan Antoni Nvakaemeni sıralarına qatacaq.

Artıq tərəflər arasında rəsmi danışıqların aparıldığı bildirilir. "Cim-bom"un yeni baş məşqçisi Okan Buruk 33 yaşlı nigeriyalı vingeri komandasında görmək fikrində israrlıdır. Məlumata görə, Nvakaemi özü də "Qalatasaray"a keçmək istəyir.

Bildirək ki, sözügedən futbolçu 2018-ci ildən Trabzon təmsilçisinin uğurları üçün çalışır.