Türkiyənin ''Fatih Karagümrük'' klubunun baş məşqçisi təyin olunan Andrea Pirlonun komandaya gətirmək istədiyi məşhur futbolçunun adı məlum olub.
Offsideplus.az xəbər verir ki, 43 yaşlı mütəxəssis İstanbul təmsilçisinə Aaron Remsini gətirmək istəyir.
O, özü şəxsən təcrübəli uelsli yarımmüdafiəçi ilə əlaqə quraraq onu ''Fatih Karagümrük''ə dəvət edib.
Qeyd edək ki, Remsi 2020/21 mövsümündə ''Yuventus''da Pirlonun rəhbərliyi altında oynayıb. Daha öncə uzun illər ''Arsenal''da çıxış etmiş və hazırda müqavilə ilə Turin təmsilçisinə məxsus olan Remsi ötən mövsümün ikinci dövrəsini icarə əsasında ''Reyncers''də keçirmişdi.