"Antalyaspor" kapitanı Hakan Özmert ilə sözləşməni uzadıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi ilə 1 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Hakak Özmert 4 mövsümdə Antalya təmsilçisində çıxış edir.