Türkiyənin "Trabzonspor" klubu gözlənilməz transfer xəbəri ilə gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki, Super Liqada son mövsümün çempionu olan komanda danimarkalı futbolçu Kristian Erikseni sıralarına qatmağa hazırlaşır.
Trabzonlular hazırda İngiltərənin "Brentford" klubunda forma geyinən 30 yaşlı hücumameyilli yarımmüdafiəçinin keçidini həll etmək üçün qarşı tərəflə danışıqlar aparır.
Türkiyəni UEFA Çempionlar Liqasında təmsil edəcək "Trabzonspor" danimarkalını heyətinə qatmaqda israrlıdır.
Qeyd edək ki, Eriksen bu ilin əvvəlindən Premyer Liqa təmsilçisində çıxış edir.