"Yuventus"dan ayrıldıqdan bəri işsiz olan Andrea Pirlo Türkiyə klubunu çalışdırmağa yaxındır.

 Offsideplus.az "goal.com"a istinadla xəbər verir ki, 43 yaşlı italiyalı mütəxəssis "Fatih Karagümrük"lə anlaşıb. 

Yaxın günlərdə rəsmi açıqlamanın verilməsi də gözlənilir. 

Qeyd edək ki, Pirlo 2020/2021 mövsümündə "Yuventus"un baş məşqçisi olub.