Türkiyənin "Trabzonspor" klubu sıralarını ulduz futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, Super Liqada son mövsümün çempionu olan trabzonlular hazırda Fransa "Lion"unda forma geyinən Jerom Boatenqi rənglərinə bağlamaq istəyir.
Klub rəhbərliyi 33 yaşlı müdafiəçini icarə əsasında komandaya cəlb etmək istəyir. Hazırda Fransa klubu ilə danışıqlar aparılır.
Qeyd edək ki, Boatenq 2021-ci ildə Münhen "Bavariya"sından "Lion"a keçib.