"Qalatasaray"dan ayrıldıqdan sonra işsiz olan Fatih Terimin yeni ünvanı bəlli olmaq üzrədir.
Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, 68 yaşlı mütəxəssis 1 illik fasilədən sonra yenidən Super Liqaya yüksələn "Ankaragücü"nün "sükanı arxasına" keçməyə yaxındır. Yayılan xəbərdə qeyd olunur ki, klubun prezidenti Faruk Koca təcrübəli çalışdırıcıyla görüşüb və ilkin razılıq əldə olunub.
Qeyd edək ki, Terimin baş məşqçilik karyerasında ilk iş yeri 1987-1989-cu illərdə məhz "Ankaragücü" olub.
Onu da nəzərinizə çatdıraq ki, Türkiyə mətbuatında yayılan xəbərlərə görə, "Ankaragücü" "Bursaspor"da çıxış edən Azərbaycan millisinin üzvü Namik Ələskərovla yaxından maraqlanır.