Azərbaycan yığmasının üzvü Namik Ələskərov Türkiyədə komandasını dəyişə bilər.

Offsideplus.az "SporX"ə istinadla xəbər verir ki, hazırda "Bursaspor"un formasını geyinən 27 yaşlı yarımmüdafiəçi "Sivasspor" klubunun maraq dairəsinə düşüb.

Yayılan məlumata görə, Super Liqanın daha bir neçə təmsilçisi təcrübəli oyunçunu heyətində görmək istəyir. .

"Bursaspor" aşağı liqaya düşəcəyi təqdirdə, Ələskərovun müqaviləsi avtomatik olaraq pozulacaq. Bu təqdirdə yarımmüdafiəçi "Sivasspor"a azad agent kimi keçə bilər. 

Qeyd edək ki, Namik Ələskərov hazırda 6 qolla "Bursaspor"un bombardiridir. Onun komandası 35 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.