"Fənərbağça" növbəti mövsüm daha bir tanınmış futbolçunu heyətinə qatacaq.

 Offsideplus.az "A Spor"a istindən xəbər verir ki, "sarı-lacivərtlilər" mövsümün sonunda "Torino"dan ayrılacaq Andrea Belottini transfer etmək üçün danışıqlara başlayacaq. İtaliyadan ayırlamaq istəyən oyunçunun İstanbul nəhənginə gəlmək ehtimalı var. 

Qeyde dək ki, 2015-ci ildən Turin təmsilçisində çıxış edən mərkəz hücumçusu bu mövsüm 17 matçda 5 qol və 1 məhsuldar ötürmə edib. O, İtaliya millisinin heyətində 42 oyunda 12 qola imza atıb.