Bu mövsüm böyük ölçüdə çempionluğu təmin edən "Trabzonspor" növbəti mövsümün planlarına başlayıb.

 Offsideplus.az TuttoKalyari"yə istindən xəbər verir ki, "bordo-mavililər" "Kalyari" forması geyinən 28 yaşlı yunanıstanlı müdafiəçi Çaralampos Lykogiannisi heyətinə qatmaq istəyir. Onun A Seriya klubuyla sözləşməsi bu yay başa çatır.

Qeyd edək ki, o, bu sezon İtaliya çempionatında 24 oyunda meydana çıxıb.