"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirəcək.

 Offsideplus.az "Ojogo"ya istinadən xəbər verir ki,"bordo-mavililər"  İspaniya "Betis"ində çıxış edən 30 yaşlı Kristian Tello ilə anlaşıb. Sevilya təmsilçisi ilə yeni müqaviləyə imza atmayacaq olan oyunçunun növbəti mövsüm Super Liqa nəhənginə gələcəyi dəqiqləşib. Onun hazırkı klubuyla sözləşməsi sezon sonu başa çatır.

Qeyd edək ki, "Barselona" yetirməsi olan və əsas komandada da çıxış edən Tello 2017-ci ildən "Betis"in şərəfini qoruyur.