Türkiyə millisinin sabiq futbolçusu və hazırda "Lill"də çıxış edən Burak Yılmaz ölkəsinə qayıdacaq.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı hücumçu karyerasını "Beşiktaş"da davam etdirəcək. İstanbul nəhənginin prezidenti Ahmed Nur Çebi mövsümün sonunda Fransa klubundan ayrılacaq oyunçunu "qara qartallar"a gətirəcək. Onun Liqa 1 təmsilçisi ilə sözləşməsi bu yay başa çatır.
Qeyd edək ki, Burak "Lill"in heyətində Fransa çempionu və kubokunun qalibi olub. O, daha əvvəl 2005/2008, 2019/2020-ci illər aralığında "Beşiktaş"da oynayıb.
Bildirək ki, Burak bir müddət əvvəl Türkiyə millisindəki karyerasını bitirdiyini açıqlamışdı.