"Antalyaspor" klubu heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, Superliqa təmsilçisi braziliyalı hücumçu Luis Adrianonu transfer edib.

34 yaşlı forvardla 1.5 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü Donetsk "Şaxtyor"u, Moskva "Spartak"ı və "Milan" kimi klublarda da çıxış edib.