"Yeni Malatyaspor" heyətinə yeni futbolçu qatıb.
Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi 30 yaşlı argentinalı müdafiəçi Qaston Kampini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, son klubu Portuqaliya təmsilçisi "Arouka" olan Kampi karyerası ərzində daha əvvəl Türkiyədə "Trabzonspor" və "Fatih Karagümrük" formaları geyinib.