Türkiyə Super Liqasının 22-ci turunda bu gün keçirilən "Qaziantep" - "Yeni Malatyaspor" matçı yarımçıq dayandırılıb.
Offsideplus.az xəbər verir ki, buna səbəb güclü qar olub. Matçın baş hakimi fasilədən sonra komandaların meydana çıxmasına icazə verməyib.
Hər iki klub matçın sabah keçiriləcəyini açıqlayıb.