"Antalyaspor" heyətinə yeni futbolçu qatıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi 29 yaşlı brazilyalı oyunçu Fernando Lukas Martinslə anlaşıb. Onunla 1.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Fernando karyerası ərzində avropada "Şaxtyor" ( Donetsk ) və "Spartak" ( Moskva ) formaları geyinib. Onun son klubu Çin təmsilçisi "Beytszin Qoan" olub. O, keçən ilin yayından klubsuz idi.