"Yeni Malatyaspor" heyətinə yeni futbolçu qatıb.

 Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi əlcəzairli müdafiəçi Mehdi Zeffaneni transfer edib. Onunla 1.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Zeffane karyerası ərzində "Lyon" və  "Renn" kimi klubların şərəfini qoruyub. Onun son klubu Rusiya təmsilçisi "Krılya Sovetov" ( Samara ) olub.