"Alanyaspor" Kuma Babakarla yolları ayırıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 28 yaşlı seneqallı hücumçunun Super Liqa təmsilçisi ilə müqaviləsinin yekunlaşmasıdır.
Adıçəkilən oyunçu icarə əsasında "Alanyaspor"da çıxış edirdi.O, müqaviləyə əsasən İtaliyanın "Sassuolo" klubuna məxsusdur.
Qeyd edək ki, Babakar bu mövsüm 16 matçda 6 qol və 1 məhsuldar ötürmə etmişdi.