Türkiyənin "Başakşəhər" klubu qış transfer dönəmində heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, komandanın idman direktoru Emre Belözoğlu "Beşiktaş"dan Adem Lyayiçi gətirməyə hazırlaşır.
Hazırda 30 yaşlı serbiyalı hücumameyilli yarımmüdafiəçinin keçidinin həll olunması üçün danışıqlar aparılır. Yayılan məlumatlara görə, artıq tərəflər arasında 1.5 illik müqavilənin imzalanması barədə razılıq əldə olunub.
Qeyd edək ki, Lyayiç 2019-cu ildə "Beşiktaş"a transfer edilib.