Slaven Biliç məşqçi karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, yanvarda Vitor Pereyrayla yolları ayıracaq olan "Fənərbağça" 53 yaşlı mütəxəssislə razılığa gələ bilər.
Biliç daha əvvəl 2013/2015-ci illər aralığında "Beşiktaş"da çalışıb.
Qeyd edək ki, xorvatiyalı çalışdırıcı hazırda Çinin "Beytzin Qoan" komandasına rəhbərlik edir. Onun klubla sözləşməsi 31 dekabrda başa çatır.