Baş məşqçisi Sərgən Yalçınla yolları ayıran "Beşiktaş" bu posta yeni mütəxəssis gətirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Rusiya yığmasının sabiq çalışdırıcısı Stanislac Çerçesovu komandanın "sükan"ı arxasına gətirməyi planlaşdırır.

"Qartallar"ın rəhbərliyi hazırda 58 yaşlı rusiyalı mütəxəssislə danışıqlar aparır.

Qeyd edək ki, "Spartak"(Moskva), "Legiya"(Varşava) kimi klubları çalışdırmış Çerçesovun son iş yeri Rusiya seçməsi olub.