Türkiyə Futbol Federasiyası Fatih Terimi sərt cəzalandırıb.
Offsideplus.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssis Super Liqanın 13-cü turunda "Fənərbaxça"ya məğlub olduqaları (1:2) qarşılaşmada referi Halil Umut Melerin ünvanına dediyi təhqiramiz ifadələrə görə 5 matçlıq cəza alıb.
Ümumilikdə isə, Terim qırmızı vərəqəyə görə 6 oyunda texniki zonada ola bilməyəcək.