"Fənərbağça" yeni məşqçi ilə anlaşa bilər.
Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlilər" Vitor Pereyrayla yolları ayırsa, bu posta alman mütəxəssis Torsten Finki gətirəcək.
Qeyd edək ki, 54 yaşlı almaniyalı mütəxəssis karyerası ərzində "Hamburq", "Bazel", "Zaltsburq" kimi klubları çalışdırıb. O, son olaraq Yaponiyada "Vissel Kobe"də işləyib.