Marius Şumudika "Yeni Malatyaspor"u çalışdıracaq.

Offsideplus.az xəbər verir ki, 50 yaşlı rumıniyalı mütəxəssislə razılıq əldə olunub. O, bu axşam İstanbula gələcək.

Qeyd edək ki, daha əvvəl Türkiyədə "Kaysərispor", "Qaziantep", "Rizəspor" kimi klubları çalışdıran Şumudikanın son iş yeri "Kluj" olub.