"Fənərbağça"nın baş məşqçi postundan ayrıldıqdan sonra işsiz olan Emre Belözoğlunun yeni ünvanı müəyyənləşmək üzrədir.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis "Çaykur Rizəspor"un "sükanı arxasına" keçməyə yaxındır. Belə ki, adıçəkilən klubun rəhbərliyi ilə Emre arasında görüş keçirilib və müsbət nəticə əldə olunub.
Onun bu postda Belənt Uyğunu əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, Belözoğlu 2019/2020-ci illərdə "Fənərbağça"nı çalışdırıb.