“Antalyaspor” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi “Başakşəhər”in hücumçusu Enzo Krivellini icarəyə götürüb.

26 yaşlı forvard bu mövsümün sonuna qədər sözügedən komandada çıxış edəcək.

Qeyd edək ki, Enzo Krivelli 2019-cu ildən “Başakşəhər”də çıxış edir.