“Beşiktaş” klubu yarımmüdafiəçisi Tayler Boydu yenidən icarəyə verib.
Offsideplus.az xəbər verir ki, ABŞ millisinin də üzvü olan 26 yaşlı futbolçu bu mövsümün sonuna kimi Super Liqanın digər təmsilçisi “Rizəspor”da çıxış edəcək.
O, artıq yeni klubu ilə müqavilə bağlayıb və komanda ilə məşqlərə başlayıb.
Tayler Boyd 2019-cu ildən “Beşiktaş"da forma geyinir.