Azərbaycan millisi və "Neftçi"nin futbolçusu Namik Ələsgərov dünən səhər Bursaya gedib.

 Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tibbi müayinədən keçən 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanacaq. Yaxşı formada olan Namiqin transferi reallaşan kimi "Adanaspor"la sabah baş tutacaq oyunda iştirak etməsi gözlənilir.

Lakin futbolçunun burnunun qırılması və tam sağalmamasına görə, "yaşıl-ağlar" fərqli qərar verə bilər.