Yeni mövsüm hazırlıqlarını davam etdirən "Qalatasaray" heyətini gücləndirməyə hazırlaşır.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "sarı-qırmızılılar" "Yuventus"un müdafiəçisi Radu Draqusini transfer etmək niyyətindədir. Klubun 19 yaşlı oyunçu üçün hərəkətə keçməyə hazırlaşdığı bildirilir.

Rumıniyalı futbolçu da "Yuventus"un heyətində az şans qazandığı üçün komandadan ayrılmaq niyyətindədir. Onun Turin klubu ilə müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.