"Fatih Karagümrük" heyətini ulduz futbolçu ilə gücləndirilib.

Offsideplus.az klubun sosial media hesablarındakı məlumata istinadla xəbər verir ki, Medhi Benatia bundan sonra Super Liqa təmsilçisinin uğurları üçün tər tökəcək. 34 yaşlı futbolçu ilə müqavilənin müddəti 2 illikdir.

Qeyd edək ki, Mərakeş millisinin sabiq üzvü karyerası ərzində "Marsel", "Udineze", "Roma", "Bavariya", "Yuventus" kimi məhşur komandaların şərəfini qoruyub. 2 dəfə Almaniya, 3 dəfə İtaliya çempionu olub. Sonuncu iş yeri Qətər "Əl-Duhail"i olub.