"Beşiktaş" mövsümlərarası fasilə dönəmində növbəti transferini həyata keçirib.

Offsideplus.az xəbər verir ki, son Türkiyə çempionu Valentin Rosyerin transfer hüquqlarına sahib olub. Klubun sosial media hesablarında transferlə bağlı video yerləşdirilsə də, ətraflı məlumat verilməyib. 

Qeyd edək ki, 24 yaşlı müdafiəçi müqavilə ilə "Sportinq"ə (Lissabon) məxsus olsa da, 2020-21 mövsümünü "Beşiktaş"da keçirmişdi.