“Rizəspor” klubu yeni transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı yarımmüdafiəçi Ronaldo Mendesi sıralarına qatıb.

28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ronaldo Mendes son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vasl” klubunda çıxış edib.