"Fənərbağça" yay hazırlıq dönəmində növbəti yoldaşlıq görüşünü keçirib.
Offsideplus.az xəbər verir ki, "sarı-lacivərdlər"in rəqibi "Gənclərbirliyi" olub. Oyun "Fənər"in üstünlüyü şəraitində keçib ki, bu da yekun nəticədə özünü göstərib. İstanbullular birinci dəstə təmsilçisini darmadağın edib.
Fənərbağça - Gənclərbirliyi - 4:0
Qollar: N.Sangare, 49. O.Tufan, 59. M.Gümüşkaya, 70, M.Zayç, 79.
Oyuna "11-lik"də başlayan Mbvana Samatta 27-ci dəqiqədə zədələnib. Həkimlərin müdaxiləsinə baxmayaraq, meydana qaytarmaq mümkün olmayıb. Belədə, "Fənər"in "vuran ayağı"nı Sərdar Dursun əvəzləyib.