"Qalatasaray" daha bir transferini reallaşdırıb.
Offsideplus.az klub saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi Saşa Boeylə müqavilə bağlayıb. Analşmanın maliyyə tərəfi haqda açıqlama verilməsə də, 20 yaşlı fransız futbolçu 2024-ün yayına qədər "sarı-qırmızılar"a məxsus olacaq.
Qeyd edək ki, müdafiənin sağ cinahında çıxış edən gənc oyunçu son mövsümdə Liqa 1-də "Dijon"un heyətində 24 matçda forma geyinib.
Boey 2018-19 mövsümündə "Renn"in heyətində Fransa kubokunu başı üzərinə qaldırıb.