"Qalatasaray" Aleksandru Çiçaldaunun ardınca daha bir rumın futbolçunu heyətinə qatıb.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" yaxın günlərdə Olimpiu Morutanla müqavilə bağlayacaq. Tərəflər arasında ümumi razılıq əldə olunub, bircə qalır rəsmi sənədə imza atmaq. Bu barədə Rumıniya Futbol Liqasının sabiq prezidenti Dumitru Draqomir məlumat verib. Rumıniya çempionatının sabiq rəhbərinin sözlərinə görə, ""Qalatasaray" Morutana 3 ilə görə 9 milyon avro maaş verəcək.

Qeyd edək ki, Draqomir Çiçaldaunun "cim-bom"a transfer olunacağı xəbərini verən ilk şəxs olmuşdu.