"Fənərbağça" Ukrayna yığmasının kapitanı Andrey Yarmolenkonu sıralarına qatmağa yaxındır.
Offsideplus.az "Football İnsider"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı forvard üçün "Vest Hem" klubu ilə rəsmi təmaslara başlayıb. Artıq razılığın əldə olunduğu bildirilir.
Məlumatlarda "Vest Hem"in sözügedən oyunçunun sərbəstqalma məbləğini 2 milyon avroya düşürdüyü də qeyd edilir.
Qeyd edək ki, Avro-2020-də parlaq oyunu ilə seçilən Yarmolenko 2018-ci ildən İngiltərə klubunun şərəfini qoruyur.