"Fənərbağça" klubu heyətini daha bir tanınmış futbolçu ilə gücləndirmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Ukrayna yığmasının kapitanı, "vuran ayağı" Andrey Yarmolenkonu rənglərinə bağlamaq istəyir.
31 yaşlı hücumçunun şərəfini qoruduğu İngiltərə "Vest Hem"i onunla yolları ayırmağı qərara alıb. Bundan yararlanmağa çalışan "Fənər" sözügedən forvardın keçidi üçün təmaslara başlayıb.
"Sarı-lacivərtlilər"in yeni baş məşqçisi Vitor Pereyranın sərəncamında görmək istədiyi əsas adlardan biri də məhz təcrübəli ukraynalıdır.
İngiltərə mediasının yazdığına görə, Yarmolenko bu təklifə müsbət yanaşıb. Futbolçu tətildən qayıtdıqdan sonra İstanbula gələcək.
Qeyd edək ki, o, 2018-ci ildə Dortmund "Borussiya"sından "Vest Hem"ə transfer edilib.