“Alanyaspor” klubu yeni transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi kolumbiyalı sol cinah müdafiəçisi Kristian Borxanı heyətinə qatıb.

Alanya təmsilçisi 28 yaşlı futbolçunu Portuqaliyanın “Braqa” klubundan mövsümün sonuna kimi icarəyə götürüb. Müdafiəçi yeni komandasında “31” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Borxa “Braqa”ya bu ilin əvvəlində “Sportinq”dən transfer olunub.