Alper Potukun yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Rizəspor” klubuna keçib. Onunla iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2013-2020-ci illər aralığında “Fənərbağça”da çıxış edən Alperin son klubu “Ankaragücü” olub.