İcarə əsasında "Qalatasaray"da 3 mövsüm keçirən Henri Onyekuru komanda ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı vinger bu barədə sosial şəbəkə hesabında paylaşım edib: "Hər şey üçün təşəkkürlər və uğurlar".

Qeyd edək ki, müqavilə əsasında "Monako"ya məxsus olan nigeriyalı futbolçu "Cim-Bom"la 71 oyuna çıxıb. Onyekuru "sarı-qırmızılı" forma ilə 22 qol vurub, 12 məhsuldar ötürməyə imza atıb.