"Qalatasaray" "Benfika"nın portuqaliyalı vingerini heyətinə qatır.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, "Cim-Bom" Jedson Fernandeşi bir mövsüm daha "Benfika"dan icarəyə almaq istəyir. Bu barədə Portuqaliya təmsilçisi ilə danışıqlar aparılır. "Sarı-qırmızılar" Fernandeş üçün 2 milyon avro ödəyəcək.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında İstanbul təmislçisində keçirən Jedson Fernandeş 17 oyunda 2 məhsuldar ötürmə verib.