“Alanyaspor” klubu heyətinə daha bir futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi sol cinah yarımmüdafiəçisi Oğuz Aydını transfer edib.

“Bucaspor”dan transfer olunan 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

O, yeni komandasında “70” nömrəli formanı geyinəcək.