“Sivasspor” klubu heyətinə yeni futbolçuq atıb.

Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi geridə qalan mövsümü “Fatih Karagümrük”də keçirmiş Koray Altınayı transfer edib. 29 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Münhendə dünyaya gələn Koray, “Bavariya”nın əvəzedici komandasında oynadıqdan sonra “Yan Regensburq”a keçib.