Növbəti mövsümdən Türkiyə Super Liqasında çıxış edəcək "Adana Demirspor" heyətini məşhur futbolçu ilə gücləndirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, eyniadlı şəhər təmsilçisi "Vilyareal"ın kolumbiyalı hücumçusu Karlos Bakkanı transfer etmək niyyətindədir.

Elitaya yüksələn "mavi şimşəklər" 34 yaşlı forvarda 2 illik müqavilə təklif edib.

La Liqa təmsilçisi ilə 2022-ci ilədək sözləşməsi olan Bakkanın gələn ay komandasından ayrılacağı gözlənilir.

Qeyd edək ki, "Adana Demirspor"un bundan əvvəl hazırda "Monza"da çıxış edən Mario Balotelli ilə maraqlandığı yazılırdı.