Baş məşqçi axtarışında olan "Fənərbağça" barədə İtaliyadan bir iddia gəlib.
Offsideplus.az xəbər verir ki, "Sky İtalia"nın müxbiri Canluka Di Martsio "sarı-lacivərtlər"i "Yuventus"dan ayrılan Andrea Pirlo ilə əlaqə saxladığını bildirib. 42 yaşlı mütəxəssis "Fənərbağça"nın təklifini rədd edib. Belə ki, Pirlonun Türkiyəyə getmək məqsədi yoxdur və İtaliyada qalmağı düşünür.
Di Martsio Türkiyə klubunun Lüsyen Favr ilə anlaşdığını qeyd edib.