Türkiyə 2-ci liqasında mübarizə aparan "Eyüpspor" klubu tarixində ilk dəfə xarici futbolçu transfer edib.
Offsideplus.az xəbər verir ki, klub Teddi Mezaqın transferini açıqlayıb. 31 yaşlı fransalı müdafiəçi ilə rəsmi müqavilə imzalanıb.
Klubun prezidenti Fatih Kulaksız, 102 illik "Eyüpspor" tarixinin ilk legioneri barədə bu sözləri deyib: "Teddi Mezaqın yararlı transfer olduğunu düşünürük. Ümid edirik ki, komandamıza xeyirli futbolçu olar".