Türkiyə klubuna transfer qadağası qoyulub.
Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, UEFA-dan "Dənizlispor"a xəbərdarlıq məktubu gəlib. Məktubda 10 milyon türk lirəsinə yaxın borcun qısa zamanda ödənilməli olduğu, tapşırıq yerinə yetirilməyəcəyi halda klubun tramsfer etməsinə qadağa qoyulduğu bildirilib.
Qeyd edək ki, Super Liqanı tərk edən "yaşıl-qaralar" sabiq futbolçuların şikayəti əsasında cərimələnib.