Super Liqa klubu 4 futbolçu ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, "Antalyaspor" Lukas Podolski, Ersan Adem Gülüm, Sidney Sam və Drolenin xidmətinə gərək duymayıb. Adları çəkilən futbolçuların klubla anlaşmasının müddəti bu günə, yəni mayın 31-nə qədər idi.
Qeyd edək ki, Fyodr Kudryaşovla müqavilənin yenilənməsi yönündə danışıqlar davam etdirilir.