"Qalatasaray" icarə müddəti başa çatan 3 futbolçusuna yenidən "sarı-qırmızılı" formanı geyindirmək istəyir.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, "Cim-Bom" Jedson Fernandeş, Halil Dervişoğlu və Henry Onyekurunu komandada saxlamaq istəyir. Lakin bu futbolçuları yenidən heyətə cəlb etmək o qədər də asan deyil.
Belə ki, Fernandeş üçün "Benfika" ilə əlaqə saxlayan "aslan", Portuqaliya klubuna 1 milyon avro icarə təklifi göndərib.
Halilin yaxşı performansını görən "Brentford" isə AVRO-2020-də dəyərinin artması gözlənilən ulduz üçün "Qalatasaray"dan 8 milyon avro istəyib. Klub rəhbərliyi İngiltərə təmsilçisinə fərqli təkliflər etməyə hazırlaşır.
Onyekuru üçün 4,3 milyon avroluq birbaşa transfer seçimi isə Türkiyə klubu üçün çox bahadır. "Cim-Bom" nigeriyalı futbolçunu 3 milyon avroya heyətinə qatmağı planlaşdırır.